1895-ci ildə Stivens
adasında yeni bir quş növü aşkarlanmışdı və elə həmin ildə o quş nəsli kəsilmiş
kimi hesab edilmişdi. Nə idi buna səbəb? Pişik! Bəli sadəcə tək bir pişik.
İlk zamanlarda “Xenicus
lyalı” adlanan bu quşlara demək olar ki bütün Yeni Zelandiya ərazisində rast
gəlmək olur. Bu səs küylü oxuyan quşların digər quşlarda olan fərqi isə uça
bilməməkləri idi və çox da böyük sürətə malik olmadan yer üzərində qaça
bilirdilər. Zaman keçdikcə Yeni
Zelandiyaya miqrantların axını getdikcə sürətlənməyə başlayırdı və insan gedən
hər bir yerə onunla dəvətsiz gedən canlılarda biri də sıçovullar olduğundan bu
miqrantlarla da böyük adaya xeyli sıçovul gəlmişdi. Uça bilməyən quşlar isə bu
sıçovullar üçün bir müddət sonra asan yemə çevrildilər və bir müddət sonra o
quşlardan demək olar ki bir dənəsi də qalmadı.
Bütün bu dramatik
hadisələrə baxmayaraq o quşlardan qalanlar hələ də var idi. Yeni Zelandiyanın kiçik
Stivens adası hələ sıçovulların hücumuna
məruz qalmamışdı və burada uçmağı bacarmayan, oxumağı sevən quşlar təhlükəsiz
yaşayırdılar. Ancaq bu gözəl günlərin də bir gün sonu gələcəkdi. 1894-cü ildə
adada dəniz fənəri tikildi və ora nəzarətçi kimi gələn Devid Lovel özü ilə sevimli pişiyi “Tibbls”
ilə birlikdə gəlmişdi. Bir müddət sonra pişik ov etməyə başladı və hərdən də
ovladığı quşlardan Devidə də gətirirdi. Dəniz fənərinin nəzarətçisi isə ona
gətirilən quşları tanımadığından onlardan bir neçəsini saxlayıb, cəsədləri elmi
işçilərə verdi. Və 1985-ci ildə yeni quş növü qeydə alındı. Ancaq bu qeydlər
ediləndə həmin quşlardan artıq qalmamışdı. Çünki adanın tək pişiyi bütün quş
nəslinin sonuna çıxmışdı.
Əlbəttə
bütün bunlar bir fərziyyədir. Çünki bunu inkar edə onun kimi maraqli daha bir
rəvayət var. Belə ki, digər bir rəvayətdə adaya gələn üç nəzarətçi ailəsi ilə
gələn hamilə pişiyin qaçaraq balalaması və onlarının sayının sürətlə artması
nəticəsində bu quşların nəslinə son qoyulmuşdu deyilir.

No comments:
Post a Comment