Hər birimiz canavar sürüsünun böyütdüyü uşaq, Mauqli haqqında hekayəni bilirik və ya meymunların tərbiyə etdiyi Tarzan haqqında da. Amma 1931-ci ildə Vintrop Kelloq adlı alim bu hekayələrin əksi olan bir eksperimenti həyata keçirdi. O, meymunu insan balası kimi tərbiyə etmək qərarına gəlmişdi.
Alim 7 aylıq dişi şimpanze balası Quanı evə gətirərək 10 aylıq oğlu Donaldla bir yerdə eyni tərbiyə etməyə başladı. Kelloq daimi olaraq oğlu ilə şimpanzenin inkişafı arasındakı fərqi müqayisə edirdi.
Sınaqların gözlənməyən dönüş nöqtəsi isə 19-cu ayda baş verdi. Belə ki, həmin dövrə çatanda Donald cəmi 3 söz bilirdi və nə isə demək istəyəndə və yaxud yemək istəyəndə özünü şimpanze bacısına oxşadaraq onun etdiyi hərəkətləri edirdi. Hadisələrin gözlənilməyən bu gedişi alimə sınaqları dayandırmağa və şimpanze Quanı oğlundan ayırmağa məcbur etdi. Və beləliklə maraqlı sınaq 19-cu ayda dayandırılmalı oldu.



No comments:
Post a Comment