"Mona
Liza", "Cakonda"; italyanca. La Gioconda, fransızca. La Joconde, şəklin tam adı
isə — " Xanım Liza Cakondanın portreti", — Leonardo
da Vinçinin yaratdığı çox saylı əsərlərdən biridir və demək olar ki ən məşhurudur.
Şəklin tarixindəki hadisələr, sirrləri, gizli mesajları saysız hesabsızdır və bu günə kimi də demək olar ki, onun haqqında olan bir çox suallara hələ də cavab tapılmayıb.
Əsər əslində hələ uzun bir müddət bu qədər məşhur olmayacaqdı ki, onun başına gələn bir hadisə ona bu imkanı yaratdı.
21 avqust 1911-ci ildə əsər Luvr muzeyinin güzgülər üzrə mütəxəssisi Vinçenzo Perudji tərəfindən oğurlandı. Oğurluğun məqsədi nə o zaman, nə də bu günə kimi tam bəlli olmadı. Mümkün variantlardan biri o göstərilirdi ki, Vinçenzo əsəri tarixi vətəni olan İtaliyaya qaytarmaq istəyirdi. Çünki o, hesab edirdi ki, Fransızlar Cakondanı oğurlayaraq Fransaya gətirmişdilər. Lakin əslində olan isə Leonardo əsəri Fransaya özü gətirmişdi.
Axtarışlar ilk zamanlar heç bir nəticə vermirdi və ölkə sərhədləri belə bağlanmışdı. Hətta şair Qiyom Apolliner də həbs edilmişdi, lakin daha sonra azad edilmişdi. Hətta Pablo Pikasso belə şübhə altına salınmışdı.
Qəzetlər də bu hadisə ilə yaxından maraqlanmağa başlamışdılar və bəzi qəzetlər əsəri tapıb gətirənə, hətta əsərin
yerinə
istiqamət verənə mükafatlar söz verirdilər. Maraq o qədər böyük idi ki, polisin araşdırmalarının nəticəsizliyi ilə qəzetlər artıq istehzalı yazılar yazmağa başlamışdılar. Qəzetlər detektiv araşdırmaları kimi “Mona
Lizanı kim oğurlayıb” başlıqları altında məqalələr yazmağa başlamışdılar və bu bütün insan təbəqələrinin əsərə olan marağını getdikcə artırırdı. Yazarlar isə hər yazılarında əsərin sevgi üçbucağından tutmuş, müəmmalı
gülüşünə (bu
haqda daha sonrakı yazılarda) kimi gizli və sirli detallara girirdilər. Hər qəzet çapında demək olar
ki, əsas
hissəni əsərin oğurluğu tuturdu və onu yalnız
Titanikin batması bir müddətlik ikinci
plana atmışdı.
Əsər yalnız iki ildən sonra tapıldı və buna səbəb də elə oğrunun özü olmuşdu. Belə ki, o, qəzetlərdəki
elanlardan birinə cavab
verərək onu Uffizi qalereyasının direktoruna satmaq istəmişdi. Oğru
patriotluğuna və vətənpərvərliyinə görə təriflənsə də, həbsdən canının qurtara bilməmişdi və haqqında çox da
uzun müddətlik olmayan həbs seçilmişdi.
Nəhayət 4 yanvar 1914-cü ildə əsər
Luvra, İtalya şəhərlərində keçirilən sərgilərdən sonra qaytarıldı. Bütün bu müddətdə isə qəzetlərdən əksik olmayan “Mona Liza” oğurluğu haqqında yazılar
elə əsərin dünyada da məşhurlaşmasına əsas səbəb oldu.



No comments:
Post a Comment